Digər idman növləri
Nadal daha bir turnirdə çıxış etməyəcək
İspaniyalı tennisçi Rafael Nadalın uğursuz günləri davam edir. “Böyük dəbilqə” seriyalı turnirlərdə 22 dəfə çempion olan Rafa gələn həftə start veriləcək Madriddəki yarışda da iştirak edə bilməyəcək. Buna səbəb zədəsinin hələ də sağalmamasıdır.
Daha əvvəl Nadal Monte-Karlodakı “Masters”i də buraxmışdı. Onun Barselona turnirində iştirakı gözlənilsə də , Kataloniya paytaxtında yarışlar məhz Nadalsız davam edir.
Rafael adı çəkilən turnirlərdə ən çox çempion olan idmançıdır. İspan tennisçi Barselonadakı turnirdə imtinadan sonra keçənilki qrafiklə davam edərək Madriddə çıxış edəcəyini bildirmişdi. Lakin zədə onun planlarını bu dəfə də alt-üst edib: “Zədə hələ də tam sağalmayıb. Bu səbəbdən tam gücümlə oynaya bilmərəm. Məşq edirdim, amma bir neçə həftə əvvəl müalicə kursunu dəyişdirdik. Vəziyyətin necə olacağını söyləmək mümkün deyil”.
Xatırladaq ki, Nadal “Australian Open”də aldığı zədə səbəbilə bu il bir neçə turniri buraxmaq məcburiyyətində qalıb. Hazırda əsas sual onun ən çox sevdiyi “Rolan Qarros”a qədər sağalıb-sağalmayacağıdır.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var