Dünya futbolu
Navasdan tarixi nəticə
İspaniya millisinin üzvü Xesus Navas tarixə düşdü. Dünən finalda qalib olaraq Millətlər Liqasının kubokunu başı üzərinə qaldıran yarımmüdafiəçi yığmada üç fərqli turniri qazanan ilk şəxsdir.
Furbolinfo.az xəbər verir ki, 20 ildir peşəkar karyera yaşayan Navas 2010-cu ildə dünya, 2012-də Avropa çempionu olmuşdu. Millətlər Liqasını əldə etməklə Xesus yaxın zamanlarda heç kimin əldə edə bilməyəcəyi nəticəni göstərdi. Onun 4 dəfə Avropa Liqasının qalibi olduğunu da xatırladaq.
Həlledici oyunda məğlub olan Xorvatiya isə son beş ildə ikinci dəfə finalda uduzdu. Maraqlıdır ki, xorvatlar XXI əsrdə pley-offda keçirdiyi 13 matçın 10-da əlavə vaxt oynayıb və onların hamısında Luka Modriç meydanda olub.