Ölkə futbolu
Naxçıvan stadionunun qazonu dəyişdiriləcək
“Araz Naxçıvan” Premyer Liqada iştirak etmək üçün mövcud olan problemlərini həll etməyə çalışır. Klubun İdarə Heyətinin sədr müavini Sakit Rzayevin dediyinə görə, stadionun ot örtüyü ilə bağlı narahatlıqlar var.
Klub rəsmisi “Futbolinfo”ya açıqlamasında bu yöndə işlərin getdiyini bildirib: “Stadionun ot örtüyünün dəyişdirilməsi prosesi davam edir. Bir neçə şirkətlə bu barədə danışıqlar aparırıq. Ramazan bayramından sonra işlərə start verilməsi planlaşdırılır. Bundan başqa, skay-boksların artırılması, əlavə iki çəkiliş platformasının, media nümayəndələri üçün yerlərin hazırlanması nəzərdə tutulur. Daha əvvəl böyük monitorun quraşdırılması işlərini aparmışdıq. İşıqlandırma ilə bağlı bəzi problemlər var, bunun aradan qaldırılması üçün işlər görüləcək”.
Rzayev stadionun yeni mövsümə qədər tam hazır olmasını istədiklərini deyir: “Bunu biz də istəyirik. Hazırda danışıqlar gedir. AFFA və PFL-lə yaxın müddətdə görüş keçirilməlidir. Düşünürəm ki, Premyer Liqada iştirak üçün lisenziyanı aldıqdan sonra ot örtüyünün dəyişdirilməsi prosesinə başlayacağıq”.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları