Dünya futbolu
Nazarovlu “Ersgebirge” darmadağına üzüldü
Futbol üzrə Almaniya 3-cü liqasında 31-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Halleşer”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:5.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Ersgebirge” hazırda 39 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları