Digər
Nazirlik və Şəfəq Hüseynli arasında olan məhkəmə prosesi uzandı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Gənclər və İdman Nazirliyi (GİN) Nərimanov Rayon Məhkəməsinin Azərbaycan Antidopinq Agentliyinin (AMADA) sabiq direktoru Şəfəq Hüseynlinin xeyrinə çıxarılan qərardan apellyasiya şikayəti edəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə Prosport.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məlumat verib.
O bildirib ki, yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsinə müraciət olunacaq.
Qeyd edək ki, Şəfəq Hüseynli oktyabrda gənclər və idman naziri Fərid Qayıbovun qərarı ilə AMADA-dadakı işindən azad olunub. Bu səbəbdən Ş.Hüseynli dekabrda GİN və AMADA-nı əmək haqlarının pozulmasına görə Nərimanov rayon məhkəməsinə verib. Sözügedən məhkəmə ötən ay baş hakim Aytən Novruzovanın sədrliyi ilə keçən iclasda Ş.Hüseynlinin hüquqlarının pozulduğunu təsdiqləyib, ona təzminat verilməsinə və işə bərpasının təmin edilməli olmasına dair qərar çıxarıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-17 10:25
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-16 08:00
Emin Mahmudov “Neftçi”dən ayrılır – rəhbərliyə görə
- Ölkə futbolu2024-07-16 08:32
Kloze də Mahiri istəyir, əlcəzairlilər də: o isə “Qarabağ”a can atır