Dünya futbolu
Ndombele onunla əşya kimi davranılmasından narazıdır
Tanqay Ndombele karyerasını harada davam etdirəcəyini bilmir. “Tottenhem”in 2019-cu ildə Lion “Olimpik”indən transfer etdiyi yarımmüdafiəçi gününü icarələrdə keçirməsindən narazıdır.
Futbolinfo.az xəbər verir ki, londonluların heyətində möhkəmlənə bilməyən futbolçu 2022-ci ilin yanvarında 6 aylıq icarəyə verilmişdi. Keçmiş klubu olan “Olimpik”ə qısa müddətə gedən Konqo əsilli fransalı, geri döndükdən 19 gün sonra “Napoli”yə göndərilib. Ndombele İtaliyada çempionluğa doğru gedir və neapolluların onu birdəfəlik transfer edəcəyini gözləyir.
“Tottenhem” 2025-ci ilin yayınadək müqaviləsi olan futbolçunun A Seriyasında qalmaq şansı var. “Napoli” icarə anlaşmasında nəzərdə tutulan birdəfəlik satınalma bəndini aktivləşdirsə, futbolçu geri dönməyəcək: “Gələcəyimin necə olacağını bilmirəm. Azarkeşlər “Tottenhem”ə dönməyimi istəyir, amma buna iki klub qərar verəcək. “Napoli”nin məni satın almaq şansı var”.
Taleyinin müqavilədəki bənddən asılı olması yarımmüdafiəçini məmnun etmir: “İtaliyada icarədə olmaq istəmirəm. Harada oynayacamsa, həmin klubun tamhüquqlu üzvü olmağı arzulayıram. İinsanlara bəzən insandan daha çox əşya kimi baxmaları xoşuma gəlmir”.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları