Ölkə futbolu
“Neftçi” Aşurmatovu istəyir
Özbəkistan millisinin futbolçusu Rüstəm Aşurmatov karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolinfo.az xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, Rusiyanın “Rubin” klubunun müdafiəçisi “Neftçi”nin maraq dairəsinə düşüb. Bakı klubu 27 yaşlı oyunçunu yığmasının heyətində Asiya Kubokunda izləyir. Premyer Liqa təmsilçisi arxa xətdəki boşluğu məhz onunla doldurmağı planlaşdırır.
Qeyd edək ki, “Rubin”ə ötən il “Novbahor”dan keçən Rüstəm Aşurmatovun sözləşməsi 2026-cı ilin yayına qədərdir.
- Ölkə futbolu2024-07-12 02:09
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-10 17:29
“Zirə” əks-hücumlarda sürətlidir” – “Şerif”in baş məşqçisi
- Ölkə futbolu2024-07-10 08:30
“Neftçi”nin hücumçusu: “Bir nömrə idik, “Qarabağ” bu mövqeyi əlimizdən aldı”
- Ölkə futbolu2024-07-10 12:31
“Qarabağ” indiyə qədər qarşılaşdığımız ən güclü rəqib idi”