Ölkə futbolu
“Neftçi” azarkeşləri klub bazasına hücum etdi, rəhbərliyi hədələdi
Dünən gecə “Neftçi” fanatları klub bazasına hücum edib. Bir qrup azarkeş bazaya gedib, klub binasının qarşısına yanan məşəl atıblar.
Futbolinfo.az xəbər verir ki, giriş qapısında videoçəkiliş edən fanatlar, “Qarabağ”a 1:4 hesablı məğlubiyyətə görə hesabat verilməsini istəyir. Onlar “bu nəticələr davam etsə, daha pis şeylər olacaq, klub düzəlməlidir”, deyə xəbərdarlıq ediblər. Klub rəhbərliyini ya yaxşı işləməyə, ya da çıxıb getməyə səsləyən azarkeşlər etiraz aksiyalarını qısa zamanda başa vurublar.
“Neftçi” azarkeşləri sosial şəbəkədə klub rəhbərliyini istefaya səsləyir, konkret günahkarların siyahısını açıqlayır. Əzəli rəqibə acınacaqlı məğlubiyyətdən sonra fanatlar əməli addımlar atılmasını tələb edir.
Azarkeşlərin yazdığına görə, klub rəhbərliyi nəticələri yaxşılaşdırmaq əvəzinə Bakı Olimpiya Stadionunda özləri üçün xüsusi iş otaqları düzəldib. Amma nədənsə çəkilən xərclər, təmirə xərclənən pullar havaya sovrulub, klub nümayəndələrinə burada fəaliyyətə başlamağa icazə verilməyib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı