Ölkə futbolu
“Neftçi” Mirabdulla Abbasova 80 min manat təzminat ödəyib
“Neftçi” öz futbolçusu ilə vidalaşmağa görə 80 min manat itirib. Söhbət hansısa əcnəbidən yox, klubun öz yetirməsi olan Mirabdulla Abbasovdan gedir.
Futbolinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə komandanın sadiq azarkeşləri paylaşım edib. Sən demə, “Neftçi” Mirabdullanın müqaviləsini pozduğu üçün ciddi xərcə düşüb. Oyunçu anlaşması bitmədən komandadan uzaqlaşdırıldığına görə klubdan AFFA-ya şikayət edib və 80 min manat təzminat alıb. Hətta ödəmə gecikdirildiyi üçün AFFA-nın tərkibindəki Apellyasiya Arbitraj Tribunalı “Neftçi”ni iki dəfə cərimələyib – 44 və 20 manat məbləğində.
Xəbəri “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə dəqiqləşdirdik: “Mirabdulla ilə müqavilə davam edirdi, lakin o, oyunu ilə komandaya ciddi fayda vermirdi. Bu üzdən rəhbərlik ona anlaşmanı pozmağı təklif etdi, lakin futbolçu qalan ikiillik müqaviləsinin tam ödənilməsini istədi. Əks halda, müddət bitənədək heyətdə qalıb oynamadan maaş alacağını bildirdi. Yekunda razılıq əldə olundu və Abbasov ilə 4 ayın maaşının ödənilməsi şərti ilə müqavilə pozuldu, 80 min manat hissə-hissə hesabına köçürüldü. Ödənişlərində 2 dəfə bir neçə günlük gecikmə olub və buna görə də ona 64 manat əlavə ödəniş ediləcək. Futbolçunun maaşından tutulan cərimələrlə bağlı etdiyi şikayət isə qəbul olunmadı. Daxili intizam qaydalarına görə məşqə gecikməsi və ya gəlməməsinə görə ondan tutulan məbləğlər ödənilmədi”.
2015-ci ildə “Neftçi”nin əsas komandasında debüt edən 27 yaşlı hücumçu, müxtəlif illərdə “Dauqavpils” (Latviya), “Sumqayıt” və “Səbail”ə icarəyə verilib. O, ötən yaydan “Səbail”lə azad agent kimi müqavilə bağlayıb və mövsümün sonunda anlaşması bitəcək.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları