Ölkə futbolu
“Neftçi” Qəbələdə “Qarabağ”la qarşılaşacaq
Qəbələ rayonunda təlim məşq toplanışında olan “Neftçi” futbol komandasının yoxlama oyunlarındakı rəqibləri bəlli olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a paytaxt təmsilçisinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.
O bildirib ki, komanda iyulun 26-da “Sumqayıt”, iyulun 30-da isə “Qarabağ”la qarşılaşacaq.
Qeyd edək ki, “Neftçi” yarımçıq dayandırılan 2019/2020 mövsümünü 37 xalla ikinci pillədə bitirib və Avropa Liqasına vəsiqə qazanıb.

- Ölkə futbolu2023-03-23 12:17
Mikels də “Qarabağ”da
- Milli komanda2023-03-25 01:38
Millimiz Avstriyaya böyük hesabla məğlub oldu
- Milli komanda2023-03-24 13:00
De Byazi Avstriya ilə matçda bu 3 futbolçuya ehtiyac duymadı
- Ölkə futbolu2023-03-24 17:00
“Qarabağ” “Zirə” və “Şamaxı”nın oyunçuları ilə gücləndi – “Qalatasaray”la matç üçün