Ölkə futbolu
“Neftçi” təlim-məşq toplanışına başlayır
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Premyer Liqada yaranmış fasilədən istifadə edən “Neftçi” bu gün təlim-məşq toplanışına başlayır.
Futbolinfo.az xəbər verir ki, Qəbələ şəhərində təşkil olunacaq toplanış sentyabrın 9-dək davam edəcək.
“Ağ-qaralar” “Gabala Garden Hotel”də məskunlaşıb. Hazırlıq prosesində milli komandalara dəvət olunmuş futbolçular, eləcə də bərpa prosesini davam etdirən Emil Balayev və Eddi İsrafilov, həmçinin fərdi məşğul olan Ömər Buludovdan başqa bütün oyunçular iştirak edəcəklər.
Qeyd edək ki, “Neftçi” Premyer Liqada növbəti matçını sentyabrın 16-sı saat 18:00-da “Dalğa Arena”da “Araz-Naxçıvan”a qarşı keçirəcək. “Flaqman” 5 turdan sonra 8 xalla turnir cədvəlində 3-cü yeri tutur.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-14 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-13 18:00
“Qarabağ” karyeram üçün mükəmməldir” – Buntiç
- Digər idman növləri2024-07-13 16:46
Ən varlı Formula 1 sürücülərinin siyahısı açıqlandı
- Ölkə futbolu2024-07-13 00:40
“Oyunçular onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar”