Ölkə futbolu
“Neftçi” Ukrayna klubunun futbolçusunu istəyir
Ukrayna Premyer Liqasında çıxış edən daha bir futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər. Futbolinfo.az saytının məlumatına görə, “Aleksandriya”nın yarımmüdafiəçisi Emil Mustafayevin ölkəmizdə oynamaq ehtimalı yaranıb.
Bu ildən “Aleksandriya”nın əsas heyət üzvünə çevrilən Azərbaycanın U-21 yığmasının üzvü oyunu ilə Premyer Liqa təmsilçilərinin diqqət mərkəzinə düşüb. Xüsusən də “Neftçi” 21 yaşlı oyunçunun keçidində maraqlıdır.
Gələn mövsüm çempionluq uğrunda mübarizə aparacaq “ağ-qaralar” daha keyfiyyətli yerli oyunçular axtarışındadır. Rəhbərlik Mustafayevə həm də gələcəyə yatırım kimi baxır.
Kapitan Emin Mahmudovun hələ də yeni müqavilə imzalamadığını nəzərə alan “Neftçi” Mustafayevi gələcəkdə bu mövqe üçün düşünür. Ancaq futbolçu Premyer Liqanın digər komandalarının da diqqət mərkəzində olduğundan “Neftçi”nin onunla anlaşması asan olmayacaq.
Qeyd edək ki, “Aleksandriya”nın yetirməsi olan və 2021-ci ildən əsas komandada çıxış edən Emil Mustafayevin klubla müqaviləsi mövsümün sonuna qədərdir.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Milli komanda2024-05-12 15:31
Millimiz iki yoldaşlıq görüşü keçirəcək
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”