Ölkə futbolu
“Zenit”in Bakıya gələcəyi vaxt dəqiqləşdi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Neftçi” Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubu ilə yoldaşlıq oyunu keçirəcək.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 18-də “Neftçi Arena”da təşkil olunacaq görüş saat 21:00-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
Matçın biletləri tezliklə satışa çıxarılacaq.
Qeyd edək ki, “ağ-qaralar” bu ilin yayında Sankt-Peterburq şəhərində iştirak etdiyi “Matç TV Kuboku”nda “Zenit”lə qarşılaşmış və 1:3 hesabı ilə məğlub olmuşdu.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)