Ölkə futbolu
“Neftçi”dən bombardirə yubiley təbriki
“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev veteran futbolçu, bu komandanın sabiq məşqçisi Nazim Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edib.
Futbolinfo.az xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.
Nazim Əliyev 1988, 1994-1996-cı illər ərzində “Neftçi”nin heyətində 49 oyun keçirib, 48 qol vurub. Sabiq hücumçu 1995-ci ildə “Neftçi” ilə Azərbaycan kubokunu və Superkubokunu qazanmaqla yanaşı, 26 qolla ölkə çempionatının ən yaxşı bombardiri də olub. O, 183 qolla Azərbaycan çempionatlarında ən çox qol vurmuş futbolçudur.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda