Ölkə futbolu
“Neftçi”nin sabiq prezidenti “Fənərbaxça”nın oyununa təyinat aldı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, o, Türkiyədə “Fənərbaxça” və Danimarkanın “Nordsyelland” komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunun oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, sentyabrın 21-də İstanbulda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)