Digər idman növləri
Nepomnyaşı səhv etdi, hesab bərabərləşdi
Qazaxıstanın paytaxtında şahmat tacı uğrunda matç davam edir. Astanada bu gün 4-cü partiya oynanılıb.
Bu partiyaya qədər rusiyalı şahmatçı Yan Nepomnyaşı 2:1 öndə idi. Lakin 3-cü partiyadan etibarən çinli qrossmeyster Din Lijenin özünə gəldiyi sezilirdi. Dünən qaralarla oynamasına baxmayaraq, Din Lijen rahat şəkildə rəqibinin hücumlarını dəf edə bilmişdi.
Çoxları bugünkü partiyanın həlledici olacağını söyləyirdi. Qarşıdakı oyunlarda bunu görmək olacaq. Bu gün isə Din aqressiv oyun nümayiş etdirdi. Partiyanın ilk hissəsində hər-hansı bir şahmatçının üstünlüyü nəzərə çarpmırdı. Lakin Nepomnyaşınin atla d4 gedişi gedişata təsirini göstərdi. Rusiyalının açıq-aşkar səhvi Din Lijenin hücum üçün variantlarını artırdı. Bu səhv təqribən 3,5 piyada demək idi. Əlbəttə ki, Din fürsətdən maksimum istifadə edərək qələbə qazandı.
Beləliklə, 4 partiyadan sonra hesab bərabərdir. Sabah matçdqa fasilədir. Növbəti partiya şənbə günü oynanılacaq.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-13 09:41
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu