Digər idman növləri
Nepomnyaşi yenidən önə keçdi
Qazaxıstanda şahmat tacı uğrunda matç davam edir. Bu gün 7-ci partiya oynanılıb.
Xatırladaq ki, 6 partiya ərzində tərəflər hərəyə iki dəfə qələbə qazanmışdılar. Buna görə də oyunu kifayət qədər məhsuldar adlandırmaq olar. Bütün qələbələr ağ fiqurlarla baş tutduğundan bu gün də Yan Nepomnyaşinin ənənəni davam etdirəcəyi gözlənilirdi.
Şahmatçılar partiyanın əvvəllərində elə də risk etməyiblər. Lakin Din Lijenin ilk gedişlərdə çox fikirləşməsi diqqətdən yayınmayıb. Çinli qrossmeyster artıq 21 gedişdən sonra vaxtın qıtlığı ilə üzləşməyə başlayıb. 20-ci gedişdən risk etməyə başlayan tərəflər səhvlərlə də yadda qalıblar. Partiyada vaxt amili öz sözünü deyib. Arada üstünlük əldə etməsinə baxmayaraq, seytnota düşməsi Lijeni çaşdırıb. Nəticədə o üstünlüyünü əldən verməklə yanaşı pis vəziyyətə düşüb. 32-ci gedişdəki səhv həlledici olub və çinli qrossmeyster hücumdan da bir şey hasil edə bilməyəcəyini görərək məğlubiyyətlə barışıb.
Beləliklə, matçda hesab yenidən rusiyalı şahmatçının xeyrinə dəyişib. Astanadakı matçın 8-ci partiyası sabah keçiriləcək. Bu dəfə ağ fiqurlarla Din Lijen oynayacaq.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var