Dünya futbolu
Niderland klubunun 18 xalı silindi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Niderland Kral Futbol Assosiasiyasının (KNVB) müstəqil lisenziya komitəsi “Vitess”in ölkə çempionatındakı 18 xalını silib.
Futbolinfo.az liqanın saytına istinadən xəbər verir ki, buna səbəb klubun lisenziya qaydalarına əməl etməməsidir.
Bu sanksiyaya görə klubun 30 turdan sonra turnir cədvəlində -1 xalı var. Bu səbəbdən “Vitess”in ölkənin yüksək liqasında qalması üçün heç bir şansı yoxdur. Beləliklə, klub 35 ildən sonra ilk dəfə elitanı tərk edəcək.
Klub rəsmi internet saytında bu qərara etiraz etmək fikrində olmadığını açıqlayıb. “Vitess”in müvəqqəti direktoru Edvin Reyntesin sözlərinə görə, bunun müqabilində klub lisenziyasını saxlamaq şansı əldə edəcək.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-18 00:30
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-17 08:35
Qriqorçuk Ukraynadan tədbir adı ilə “qaçırılıb”
- Ölkə futbolu2024-07-17 12:53
“Lokomotiv” Juninyonun transferindən vaz keçib
- Milli komanda2024-07-17 09:45
Millimizin final mərhələsində iştirak şansı davam edir