Dünya futbolu
“Nyukasl” Mintehi alıb icarəyə verir
Bahalı transferlərdən uzaq qaçan “Nyukasl” heyətini istedadlı gənclərlə gücləndirir. “Sağsağanlar”ın klub strategiyası belədir və bu yöndə daha bir həmlə ediblər.
Futbolinfo.az xəbər verir ki, İngiltərəni Çempionlar Liqasında təmsil edəcək klub yeni üzvünü Danimarkada tapıb. “Nyukasl” “Odense”də oynayan 18 yaşlı istedadı heyətinə cəlb edib. Yankuba Mintehlə uzunmüddətli müqavilə imzalanacaq. 7 milyon avroya alınan oyunçunun keçidi tezliklə rəsmiləşəcək.
Lakin qambiyalı istedad hələ Premyer Liqada oynamayacaq. “Nyukasl” futbolçunu alan kimi onu 300 min avro qarşılığında “Feyenoord”a bir illik icarəyə veriləcək.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Digər idman növləri2024-05-07 16:35
Bakı qran-prisi üçün marşalların təliminə başlanılıb
- Milli komanda2024-05-07 22:55
AFFA Ştefan Kuntsla danışıq aparır? – Rəsmi açıqlama