Dünya futbolu
“Nyukasl” transfer büdcəsini artırır
“Nyukasl” rəhbərliyi kisənin ağzını açmaq niyyətindədir. Klub yayda transfer bazarında fəal olacaq.
Futbolinfo.az “Daily Mirror”a istinadla xəbər verir ki, 150-200 milyon funt-sterlinqlik büdcə müəyyənləşdirən klub sahibləri məbləği artıra bilər. Hazırda turnir cədvəlində 4-cü olan “sağsağanlar” yekunda Çempionlar Liqasına vəsiqə qazansa, yeni transferlərə 300 milyon funt-sterlinq ayrılacaq.
Artıq indidən futbolçu axtarışına başlanılıb. Məşqçilərin istəyinə uyğun olaraq bütün mövqelərə ulduz oyunçular alınması gündəmdədir.