Bizi izləyin

Digər idman növləri

Olimpiadaya doğru: 68 mərhələlik məşəl estafeti başladı

blank
blank

Fransada məşəl estafetinə start verilib. Ümumilikdə estafet 68 mərhələdən ibarət olacaq.

Məşəl orijinal dizaynda hazırlanıb. Onun üzərində əks edilənlər bir çox şeyə eyham vurur.

Lakonik Paris 2024 məşəli: bərabərlik, su və sülhün rəmzi

Olimpiya məşəli Olimpiadanın mühüm atributudur. Turnir ərəfəsində o, ev sahibi ölkənin ərazisindən keçir və birlik ideyasını təcəssüm etdirir. 1928-ci ildən etibarən Olimpiada çərçivəsində oyunlar zamanı alov yandırmaq ənənəsi bərpa edilmiş və estafet ilk dəfə 1936-cı ildə təşkil edilmişdir.

Məşəlin dizaynı daim düşünülmüş şəkildə verilmiş və Olimpiya hərəkatındakı bir çox şeyi simvolizmlə etmişdir.

Paris 2024-ün təşkilat komitəsi məşəl hazırlamaq üçün məşhur usta Metyu Leannara müraciət edib. Leannar məşəl dizayneri rolu üçün ideal namizəddir: o, müxtəlif forma və materiallarla işləyir və işində dərin məna qoymağı sevir: “Predmetlərlə dolu olan bir dünyada istifadə edilən bütün materiallar qədim zamanlardan bəri mövcuddur. Mən onlarla oynamağı xoşlayıram. Məqsədim onların bir qədər fərqli bir şey ifadə etməsidir”.

blank

Metyu Fransada doğulub, böyüyüb və nüfuzlu “Ecole Superieure de la Creativity Industriale”ni bitirib. O, təcrübə etməyi sevir və qeyri-adi sifarişlərdən qorxmur. Leannar çox şey üzərində işləyib: interyerlərdən tutmuş yaxtalara, heykəllərdən tutmuş ətir şüşələrinə qədər. Onun layihələri Pompidu Mərkəzində, Nyu-York və San-Fransisko muzeylərində sərgilənir. Eksponatlarında o, ekologiya, istehlak və demoqrafiyanın mühüm məsələlərini qabardır.

Eyni zamanda, Leannar texnologiyanı və elmi yanaşmanı sevir. 2008-ci ildə NASA-nın araşdırmalarına əsaslanaraq Harvard Universiteti ilə birlikdə unikal hava təmizləyicisi hazırlayıb. Bu cihaz canlı bitkilərin köməyi ilə yaşayış yerlərini dolduran zəhərli hissəcikləri udur.

Olimpiada Leannarın həyatında yeni bir mərhələdir: “Bu macəranın bir hissəsi olmaq çox xoşdur və oyunların tarixinə töhfə vermək böyük məsuliyyət tələb edir! “Daha sürətli, daha yüksək, daha güclü – birlikdə…” Məqsədim bu Olimpiya şüarını götürüb öz əlavəmi etməkdir: “daha gözəl, daha yüngül, daha dəbdəbəli”.

Nəticədə məna ilə dolu lakonik məşəl əmələ gəlib. Məşəli hazırlayarkən ilham, təşkilatçıların qarşıdan gələn oyunlara nüfuz etməyə çalışdıqları üç mövzudan alınıb: bərabərlik, su və sülh.

1. Bərabərlik

BOK uzun müddətdir ki, hər şeydə bərabərliyə sadiqliyini bəyan edib. Parisdə bu, təkcə Olimpiadaya deyil, həm də Paralimpiya Oyunlarına təsir edəcək: təşkilata eyni yanaşma, vahid emblem və maskot, indi isə tək məşəl dizaynı.

blank

Digər mühüm mövzu gender bərabərliyidir: Olimpiada tarixində ilk dəfə yarışda eyni sayda kişi və qadın iştirak edir. Məşəl bütün bunları simmetrik forması ilə təcəssüm etdirir.

2. Su

Oyunların açılış mərasimi stadionda deyil, Sena çayında planlaşdırılır: bəndlərdə müvəqqəti tribunalar qurulacaq, idmançıların paradı isə birbaşa su üzərində baş tutacaq. Su idmanı yarışlarının bir hissəsi də orada keçiriləcək. Bundan əlavə, Sena Parisin simvollarından biridir.

Yunanıstandan gələn alov Aralıq dənizi vasitəsilə çatdırılıb və estafet zamanı o, Fransanın beş ətraf ərazisini ziyarət edəcək. Beləliklə, su həqiqətən də bu oyunların vacib hissəsidir. O, məşəlin aşağı hissəsi ilə rəmziləşdirilir: parlaq, suyun ləpələrini təkrarlayan dalğalarla.

3. Sülh

Alov Olimpiya atəşkəslərinin simvoludur. Məşəlin əyri hissələri nəciblik, minimalist dizayn isə həmrəylik və alicənablıq düşüncələrini oyatmalıdır.

blank

Ümumilikdə 2 min məşəl hazırlanıb – əvvəlki oyunlarla müqayisədə bu, 5 dəfə az deməkdir. Bu, həm də ətraf mühitə uyğunluq və şüurlu istehlak istəyi baxımından vacibdir. Məhsullar metallurgiya nəhəngi “ArcelorMittal” tərəfindən, sıxılmış karbon və polad emalının xüsusi işlənmiş üsulundan istifadə etməklə istehsal edilmişdir.

Estafet okeanlar, üzüm bağları və Alp dağları arasından keçir

Aprelin 26-da Yunanıstanda, qədim Olimpiya ərazisində Olimpiya məşəlini günəş şüalarından alovlandırdılar. O, mayın 8-də – tarixi “Belem” yelkənli gəmisi ilə Aralıq dənizini keçdikdən sonra Fransaya gətirilib. Marseldə Emmanuel Makron başda olmaqla 150 mindən çox insan məşəli qarşılayıb.

Estafetin birinci mərhələsi ertəsi gün baş tutub və “Velodrom” stadionunda yekunlaşıb. Arenanın qarşısındakı böyük tonqalı 2004-cü ildə Marselin “Olimpik” klubundan “Çelsi”yə yollanan məşhur futbolçu Didye Droqba alovlandırıb.

Ümumilikdə 68 mərhələli estafet Parisdə başa çatacaq. İyulun 26-dək estafet Fransa əraziləri ilə uzun bir yol qət edəcək. Olimpiya məşəli Mont Sen-Mişel qala-adasına və Müttəfiq qoşunlarının Normandiyada, Monblanın ətəyində toplaşdıqları əraziyə də baş çəkəcək.

blank

Fransız torpaqları təkcə Avropada yerləşmir. Hətta yarışların bir hissəsi Parisdən 15 min kilometr aralıda keçiriləcək. Sörfinq ustaları Taiti adasının sahillərində mübarizə aparacaqlar. Olimpiya məşəli estafeti həmçinin ətraf ərazilərə də səfər edəcək: Qvadelupa, Qayana, Martinika, Fransız Polineziyası və Reunion adaları. Beləliklə, məşəl üç okeanı keçəcək: Atlantik, Hind və Sakit okean.

Bütün marşrut boyu estafet Fransa tarixinin dahi xadimlərini xatırladacaq: məsələn, Janna d’Ark Orleanda, Şarl de Qoll isə Kolomb-le-de-Eqlisdə anılacaq. Mərhələlər Fransanın məşhur üzüm bağlarından da keçəcək. Qayanada kosmik mərkəzə təşrif buyuracaq məşəl idman obyektlərinə də baş çəkəcək. Əsas intriqa isə birdir: məşəli kim alovlandıracaq?

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-07-24 17:40

Braziliyada hər il “Pele günü” qeyd olunacaq

blank
Ölkə futbolu2024-07-24 17:21

“Nürnberq” rəsmisindən Mahir Emreli ilə bağlı yeni açıqlama

blank
Ölkə futbolu2024-07-24 17:00

Prezident İlham Əliyevdən Olimpiya çempionları ilə bağlı Fərman

blank
Dünya futbolu2024-07-24 16:46

“Real”ın sabiq futbolçusu 4-cü Liqa klubunda

blank
Dünya futbolu2024-07-24 16:29

“Milan”ın futbolçusu yenidən La Liqa klubunda

blank
Digər idman növləri2024-07-24 16:10

BOK 2034-cü ildə Qış Olimpiya Oyunlarının keçiriləcəyi şəhərin adını açıqladı

blank
Ölkə futbolu2024-07-24 15:57

“Şamaxı” Küveyt klubu ilə yoxlama matçı keçirəcək

blank
Ölkə futbolu2024-07-24 15:39

“Qarabağ”da məşqçi təyinatları gerçəkləşdi

blank
Digər idman növləri2024-07-24 15:21

Almaniyanın bayraqdarı basketbolçu olacaq

blank
Ölkə futbolu2024-07-24 15:04

23 legionerli rəqib: macarlarla slovaklar bir arada

blank
Digər idman növləri2024-07-24 14:49

Qış Olimpiadası da Fransada keçiriləcək

blank
Ölkə futbolu2024-07-24 14:34

“Araz-Naxçıvan” Küveyt klubu ilə üz-üzə

blank
Digər idman növləri2024-07-24 14:17

“Dream Team”in qızıl medalı hərraca çıxarılır

blank
Ölkə futbolu2024-07-24 14:02

Vüsal Türkiyədə qalacağına qərar verməyib

blank
Dünya futbolu2024-07-24 13:56

Konfrans Liqasında 5 oyun

blank
Digər idman növləri2024-07-24 13:45

Azərbaycan karateçilərindən Türkiyədə bürünc medal

blank
Ölkə futbolu2024-07-24 13:30

“Fehervar” Bakıya gecikdi, planlar dəyişdi

blank
Digər idman növləri2024-07-24 13:15

AÇ: Millimiz bu gün Gürcüstanla qarşılaşacaq

blank
I Liqa2024-07-24 13:00

“Karvan”dan növbəti transfer

blank
Digər idman növləri2024-07-24 12:44

İsrail nümayəndə heyətini xüsusi təyinatlılar qoruyacaq

blank
Digər idman növləri2024-07-24 12:30

Millimiz AÇ-də mübarizəyə başlayır

blank
Ölkə futbolu2024-07-24 12:14

“Kəpəz” özünə tərəfdaş tapdı

blank
Müsahibə2024-07-24 11:59

Serafimovun “Sumqayıt”da dostu var: “Todoroski mənə gözəl şeylər danışdı”

blank
Ölkə futbolu2024-07-24 11:50

“Neftçi” daha bir futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-07-24 11:43

Mourinyolu “Fənərbaxça”dan İsveçrədə çətin qələbə – VİDEO

blank
Digər idman növləri2024-07-24 11:29

ESPN 21-ci əsrin ən yaxşı tennisçisini elan etdi

blank
Ölkə futbolu2024-07-24 11:14

UEFA “Qarabağ”ın cavab oyununun hakimlərini dəyişdi

blank
Ölkə futbolu2024-07-24 11:12

“Qarabağ”dan uğurlu start – VİDEO

blank
Ölkə futbolu2024-07-24 10:57

Orxan ən uyğun variantı seçəcək

blank
Ölkə futbolu2024-07-24 10:42

Əzəmətini qismən itirmiş “Makkabi”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm