Ölkə futbolu
Öncə “Qarabağ”, sonra “Molde”

Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Molde” (Norveç) oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı sentyabrın 20-si saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
17:30-da isə “Azersun Arena”da media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın açıq məşqi 19:00-da, mətbuat konfransı isə 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

- Premyer-liqa2023-09-18 13:00
Klublarımızın yay bazarlığı – YENİLƏNİB
- Müsahibə2023-09-18 10:48
“Neftçi”nin legioneri ekspert oldu: “Rəhman Hacıyev istedadını meydanda göstərə bilmirdi”
- Premyer-liqa2023-09-17 21:23
“Qarabağ” “Sabah”ı məğlub yola saldı
- Ölkə futbolu2023-09-17 09:00
Startda edilən səhv: bu iş Mutu ilə olmayacaq