Digər idman növləri
Paralimpiyaçı öz toyunda qan tökdü
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Cənub-Şərqi Asiya dövlətləri paralimpiya oyunlarının gümüş mükafatçısı Çaturonq Suksuk öz toy günündə həyat yoldaşını, ondan başqa 3 nəfəri və sonda da özünü güllələyərək öldürüb. Tailandın şimal-şərqində baş verən hadisə ilə bağlı məlumatı BBC yayıb.
Toy vaxtı Suksuk 44 yaşlı nişanlısı ilə mübahisə edərək zalı tərk edib. Bir qədər sonra o, silahla qayıdaraq gəlini, onun 62 yaşlı anasını və 38 yaşlı bacısını güllələyib. Qonaqlardan daha ikisi yaralanıb. Onlardan da biri xəstəxanada vəfat edib.
BBC-nin məlumatına görə, qatil həddindən artıq sərxoş olub. Tailand ordusunda xidmət edərkən bir ayağını itirən Suksuk silahı keçən il qanuna uyğun olaraq alıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-12 08:00
Eyforiyaya qapılmadan
- Müsahibə2024-07-12 09:22
Julio Romao: “Çempionlar Liqasının qrupuna vəsiqə qazana bilərik”
- Ölkə futbolu2024-07-12 20:18
Şeydayev “Kocaelispor”dan ayrıldı – “Neftçi”yə gəlir
- Ölkə futbolu2024-07-12 13:30
Bu gün “Sabah” – “Makkabi” oyununun biletləri satışa çıxarılacaq