Dünya futbolu
Paytaxt klubunda ciddi itki – 8 ay oynamayacaq
İspaniyanın “Atletiko” (Madrid) klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun müdafiəçisi Reynildo Mandava uzun müddətə sıradan çıxıb.
29 yaşlı futbolçu La Liqanın 23-cü turu çərçivəsində “Real”a qarşı keçirdikləri oyunda (1:1) ciddi zədə alıb.
Ətraflı müayinələrdən sonra oyunçunun sağ dizindən aldığı zədənin çox ağır olduğu müəyyənləşib. Fevralın 26-da əməliyyat olunan futbolçunun bərpasının azı 7-8 ay davam edəcəyi bildirilir.
Mandava 2022-ci ilin əvvəlində Fransanın “Lill” komandasından transfer olunduğu Madrid təmsilçisində bu mövsüm La Liqa çərçivəsində 22 qarşılaşmaya çıxıb.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var