Ölkə futbolu
Pedro Martins: “Bakıya qələbə üçün gedirik”
Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Pedro Martins UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, bu gün Yunanıstanda təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Andreas Buxalakis, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Oleq Ryabçuk, Məhəmməd Kamara, Tikinyo Soares bu matçda iştirak etməyəcək. Ümid edirik ki, bu çətinliyin öhdəsindən gələcəyik. Bakıya qələbə üçün gedirik.
Matça ciddi hazırlaşmışıq. Oyunla bağlı heç bir sirrimiz yoxdur. Hər şey hazırlıqdan asılıdır. Son məşqlərimizi tamamladıq. Əsas fikrimiz oyundadır”.
İyulun 28-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Olimpiakos” matçı saat 20:00-da başlayacaq. Bakılılar ilk oyunda 0:1 hesabı ilə məğlub olub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…