Dünya futbolu
Perişiç yetişdiyi kluba dönür
İvan Perişiç vətəninə dönür. Xorvatya millisinin üzvü “Tottenhem”lə vidalaşmağa hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, təcrübəli müdafiəçi parlaq karyerasının sonunu yetişdiyi “Hayduk”da yekunlaşdırmaq niyyətindədir. Bu üzdən o, londonlularla müqaviləsinin müddətini uzatmaqdan imtina edib və tezliklə Split komandasına dönüşünü elan edəcək.
34 yaşlı oyunçunun hələ “Tottenhem”lə bir illik müqaviləsi qalır. Lakin o, rəhbərliklə söhbətdə anlaşmanın qarşılıqlı razılıqla pozulmasına nail olub. Tezliklə bu barədə rəsmi açıqlama veriləcək.
“Soşo” (Fransa), “Rozelar” (Belçika), “Brügge” (Belçika), “Borussiya” (Dortmund, Almaniya), “Volfsburq” (Almaniya), “İnter” (İtaliya), “Bayern” (Aımaniya) kimi komandaların şərəfini qoruyan Perişiç yığmanın da aparıcı üzvlərindən idi. O, “Tottenhem”ə ötən il Milan klubundan azad agent kimi keçmişdi. Maraqlıdı ki, İvan “Hayduk”un akademiyasında yetişsə də, heç vaxt əsas komandada oynamayıb.