Dünya futbolu
Pioli Diasın qalmasını istəyir
“Milan”ın baş məşqçisi Stefano Pioli Brahim Diasın komandada qalmasını istəyir. İtaliyalı mütəxəssis iki ildir İtaliyada icarə əsasında oynayan hücumçudan razıdır.
Futbolinfo.az xəbər verir ki, ispan oyunçu yayda 2015-ci ilin yayınadək müqaviləylə bağlı olduğu “Real”a qayıtmalıdır: “Hər kəs Diasın necə inkişaf etdiyini görür. Çox güclü xarakterə malikdir, ən üst səviyyəyə yaxınlaşır. Mövsüm bitdikdən sonra da onunla çalışmaq istərdim. Klubların verəcəyi qərarı səbrsizliklə gözləyirəm”.
“Real” qışda Brahim üçün 25 milyon avro tələb edirdi, indi qiymət daha da yüksəlib. “Milan” madridlilərlə bazarlıq etməyə hazırdır, lakin oyunçunun seçimi əsas amil olacaq. Dias isə qərar vermək üçün yayı gözləmək istəyir.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var