Dünya futbolu
Pioli məmnun, Spaletti narazıdır
“Milan”ın baş məşqçisi Stefao Pioli nəticədən razıdır. Amma o, rəqiqin azlıqda qalmsından istifadə edə bilmədikləri üçün təəssüflənir.
Təcrübəli mütəxəssis dünən Çempionlar Liqasının 1/4 finalının ilk oyununda “Napoli” üzərində ev qələbəsindən danışıb: “Nəticədən narazı deyiləm, önəmli qələbə qazandıq, cavab matçına üstün çıxacağıq. Son bölümlərdə meydanda say üstünlüyümüz var idi, bundan daha yaxşı yararlanmalı idik – alınmadığı üçün qismən peşmançılıq hissi var. Neapoldakı görüş daha çətin olacaq. İndidən həmin qarşılaşmanı düşünürəm”.
“Napoli”nin baş məşqçisi Luçano Spaletti isə hakimlərdən narazıdır: “Hakimlərin qərarlarını hamı gördü. Nədən danışım? Anqissa və Kimə verilən vərəqələr “sarılıq” epizod deyildi. Var idisə, Kruniç və Leao niyə cəzalanmadı? Cavab oyunu daha çətin olacaq. Çünki bizim stadionda azarkeşlər komandanı kifayət qədər dəstəkləmir”.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”