Dünya futbolu
Potter: “Mətbuat bunu boş buraxmayacaq”

“Çelsi”nin baş məşqçisi Qrem Potter klubun qış transferlərindən danışıb. Oyunçu alışına rekord məbləğ xərcləyən londonluların çalışdırıcısı narahatdır.
Futbolinfo.az xəbər verir ki, ingilis mütəxəssis üzərlərində təzyiqin olmasından bəhs edib: “Sadəcə, Entso Fernandesin rekord qiymətə alınması müzakirə edilmir, ümumiyyətlə, xeyli futbolçu almışıq və onlarla bağlı ciddi iş görülməlidir. Futbolçuların komandaya, bir-birinə alışması lazımdır. Təzyiqlər gözləniləndir, çünki çox pul xərclədik. Mətbuat bunu boş buraxmayacaq və bütün dünya bu barədə danışacaq, hər büdrəməmizdə diqqətlər üzərimizdə olacaq”.
Potter təkcə mətbuatın yazdıqlarından narahat deyil: “Hər kəsin fikir bildirmək haqqı var. Qvardiola və Kloppun da. Bunun üçün həyəcanlı deyiləm, işimizi ən yaxşı şəkildə görməyə çalışacağıq”.

- Ölkə futbolu2023-03-16 23:08
“Turan Tovuz” Panama millisinin oyunçusunu gətirir
- Ölkə futbolu2023-03-17 12:08
Letiç: “Qarabağ” dəvət göndərsə, buna klub qərar verəcək”
- Milli komanda2023-03-17 18:36
De Byazi millinin iki oyun üçün heyətini açıqladı
- Milli komanda2023-03-17 09:34
Elvin üçün rəqibin kimliyinin fərqi yoxdur