Müsahibə
“Premyer Liqada qalacağımıza əminəm”
“Kəpəz”in yarımmüdafiəçisi Ahmed Ayzaya futbolinfo.az saytına müsahibə verib. Son matçdan, komandanın Premyer Liqada qalmaq şanslarından danışan legioner, maaş problemi barədə susub.
– “Qarabağ”la oyunda 1:3 hesabı ilə uduzdunuz…
– “Qarabağ”ın gücü hər kəsə bəllidir. Onlar çempionatın lideri və çox yaxşı komandadırlar. Biz çalışdıq ki, nəsə edək, amma alınmadı.
– İlk hissədə heç də pis təsir bağışlamadınız. İkinci hissədə niyə müqavimət göstərə bilmədiniz?
– Bu cür güclü rəqibə qarşı onların meydanında oynamaq çox çətindir. Amma yenə deyirəm ki, biz “döyüşdük”.
– Penaltidən fərqlənə bilmədin. Artıq ikinci dəfədir bu cür hal baş verir…
– Futbol belədir, bəzən uğurlusan, bəzən uğursuz. “Qarabağ”la oyunda mənim üçün uğursuz gün oldu. Başqa nəsə baş verdiyini düşünmürəm.
– “Kəpəz” liqada qala biləcək?
– Buna əminəm. Bizim yaxşı komandamız var. Premyer Liqada yerimizi qoruyacağıq. Komandadakı hər kəs buna inanır.
– Maaşlarınızla bağlı probıem yaranmışdı. Pulunuzu ala bilmisiz?
– … (suala cavab vermədi)
FƏRİD
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları