Dünya futbolu
Premyer Liqada yeni rekordçu
Futbol üzrə İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində baş tutan “Sauthempton”la səfər oyunu “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, belçikalı futbolçu komandasının səfərdə qazandığı 4:1 hesablı qələbədə bir məhsuldar ötürmə ilə yadda qalıb.
Erlinq Halandın 45-ci dəqiqədə vurduğu ilk qolda assist müəllifi olan De Bruyne “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasında 100 məhsuldar ötürmə edən ilk futbolçuya çevrilib.
İngiltərə Premyer Liqasında De Bruynedən daha çox assist müəllifi olan dörd futbolçu var. Rekord Sesk Fabreqasa məxsusdur – 111 assist. Sonrakı pillələrdə Ueyn Runi (103), Frenk Lempard (102) və Rayan Giqqz (102 assist) var.
Bu siyahıda hələlik beşinci olan belçikalı ulduz İngiltərə çempionatında 100 məhsuldar ötürmə səddinə ən tez çatan futbolçu olub. 31 yaşlı yarımmüdafiəçi bunu Premyer Liqada iştirakçısı olduğu 237 matçında rəsmiləşdirib. Fabreqas 100 assist həddinə 293, Giqqz 367, Runi 445, Lempard isə 559-cu matçında çatıb.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları