Dünya futbolu
Premyer Liqanın yeni klubundan daha iki transfer
İngiltərənin “Liverpul” klubu futbolçusu Neko Uillyamsı satıb.
Futbolinfo.az xəbər verir ki, 21 yaşlı müdafiəçi karyerasını “Nottingem Forest”də davam etdirəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Uillyamsla 4 illik müqavilə imzalanıb. Xəbərdə bildirilir ki, “Liverpul” transferə görə 17,5 milyon avro qazanacaq.
Neko “Liverpul”un əsas komandasında ümumilikdə 33 oyun keçirib.
“Nottingem Forest” Almaniyanın “Maynts” klubundan Mussa Niakateni də transfer edib. Bundesliqa klubundan azad agent kimi ayrılan fransız oyunçu yeni klubu ilə 3+1 illik müqavilə bağlayıb.
26 yaşlı futbolçu 2018-ci ildən “Maynts”da forma geyinirdi. Fransanın U-21 yığmasının sabiq üzvü Almaniya klubunda 135 oyun keçirib, 9 qola imza atıb.
“Nottingem Forest” daha öncə Din Henderson, Tayvo Avoniyi, Culian Byankone, Brennan Conson və Omar Riçardsı da heyətinə qatmışdı.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı