Dünya futbolu
PSJ-dən inamlı qələbə
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Fransa Liqa 1-də 14-cü tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu gün 6 görüş baş tutub.
“Monako” “Monpelye”ni, “Lill” “Mets”i, Marsel “Olimpik”i isə “Renn”i məğlub yola salıb. “Brest” də “Klermon”la ev oyununda darmadağına sevinib. PSJ isə səfərdə “Havr”a qalib gəlib.
Hazırda 33 xala malik PSJ vahid liderdir. “Nitsa” 29 xalla ikinci, “Monako” 27 xalla üçüncü, “Lill” 26 xalla dördüncüdür.
Fransa Liqa 1
14-cü tur
1 dekabr
Reyms – Strasburq 2:1
Qollar: Riçardson, 10. Darami, 42 – Qameyro, 88-pen.
2 dekabr
Lans – Olimpik (Lion) 3:2
Qollar: Said, 26. Frankovski, 52-pen; 74 – Obrayn, 15; 72.
Nant – Nitsa 1:0
Qol: Molle, 25.
3 dekabr
Havr – PSJ 0:2
Qollar: Mbappe, 23. Vitinya, 89.
Brest – Klermon 3:0
Qollar: Del Kastilyo, 20-pen; 51. Laqe, 34.
Monako – Monpelye 2:0
Qollar: Minamino, 9. Ben Yedder, 90+1.
Tuluza – Loryan 1:1
Qollar: Dallinqa, 72 – Dienq, 90+1.
Lill – Mets 2:0
Qollar: Y.Yazıçı, 45+1. David, 45+5-pen.
Olimpik (Marsel) – Renn 2:0
Qollar: Obameyanq, 8-pen. Unahi, 65.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-15 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Dünya futbolu2024-07-15 10:14
Argentina millisi Amerika Kubokunun qalibi oldu
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-16 08:00
Emin Mahmudov “Neftçi”dən ayrılır – rəhbərliyə görə