Dünya futbolu
PSJ maaş büdcəsini 30 faiz azaldacaq
PSJ yayda maaş büdcəsini azaltmalı olacaq. Paris klubu əməkhaqqı xərclərini 30 faiz aşağı salacaq.
Futbolinfo.az “The Times”a istinadən xəbər verir ki, maliyyə siyasətindəki dəyişiklik UEFA ilə maliyyə feyr-pleyi ilə bağlı anlaşmadan qaynaqlanır. Bu üzdən Lionel Messi, Neymar və Kilian Mbappe üçlüyündən ən azı biri klubdan ayrılmlıdır. PSJ rəhbərliyi Neymarı satmaq istəyir, lakin Messi yeni müqavilə imzalamasa, braziliyalının qalması mümkündür.
Artıq Neymarın menecerinə klub axtarışına çıxmaları üçün icazə verilib.