Dünya futbolu
PSJ-nin daha bir hədəfi
Yayda ciddi heyət islahatları etmək niyyətində olan PSJ-nin daha bir həmləsi aydın olub. Klubda fransalıların sayını çoxaltmağa çalışan idman direktoru Luis Kamposun növbəti hədəfi Jan-Kler Todibodur.
Futbolinfo.az “Foot Mercato”ya istinadla xəbər verir ki, hazırda “Nitsa”da oynayan 23 yaşlı müdafiəçi mövsüm bitən kimi parislilərdən rəsmi təklif alacaq. Kampos uzun müddətdir izlədiyi oyunçunun transferi üçün 30 milyon avro xərcləməyə hazırdır.
“Barselona”, “Şalke” və “Benfika”da da oynamış “Tuluza” yetirməsi iki ildir “Nitsa”da oynayır. Müdafiəçinin hazırkı klubu ilə müqaviləsi 4 ildən sonra bitəcəyindən PSJ onu transfer etmək üçün böyük xərcə düşməli olacaq.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları