Dünya futbolu
Pulişiç “Milan”a görə Fransaya getmədi
Kristian Pulişiç Lion “Olimpik”inə keçməkdən imtina edib. “Çelsi”dən ayrılmağa hazırlaşan ABŞ millisinin üzvü Fransa təmsilçisində oynamaqda maraqlı deyil.
Futbolinfo.az xəbər verir ki, cinah hücumçusu hazırda yalnız “Milan”ın təklifi üzərində düşünür. İtaliya klubu oyunçu ilə ilkin razılıq əldə edib, “zadəganlar”la danışıqların gedişində də ciddi problem görünmür.
“Çelsi” 2019-cu ildə Dortmund “Borussiya”sından 64 milyon avroya aldığı Pulişiçi 25 milyon avroya satmağa razıdır. 24 yaşlı oyunçunun müqaviləsinin müddəti gələn yay başa çatacağından londonlular onu azad agent kimi itirməmək üçün “Milan”ın ciddi təklifinə maraq göstərir.