Ölkə kuboku
“Qəbələ” “Araz-Naxçıvan”a, “Neftçi” “Sumqayıt”a qarşı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, son gündə daha iki görüş baş tutacaq.
“Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gələcək. Komandaların ilk oyununda qalib müəyyənləşməyib.
Son oyunda isə “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Bu komandaların Sumqayıtdakı ilk görüşündə paytaxt təmsilçisi 3:2 hesablı qələbəyə sevinmişdi.
“Zirə” və “Qarabağ” artıq yarımfinala vəsiqəni təmin ediblər.
Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları
9 fevral
“Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
Qəbələ şəhər stadionu, 16:00
İlk oyun – 1:1.
“Neftçi” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı
“Neftçi Arena”, 19:00
İlk oyun – 3:2.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Dünya futbolu2024-07-15 10:14
Argentina millisi Amerika Kubokunun qalibi oldu
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-16 08:00
Emin Mahmudov “Neftçi”dən ayrılır – rəhbərliyə görə
- AÇ-20242024-07-15 10:30
İspaniya – İngiltərə 2:1 – VİDEO