Ölkə futbolu
“Qəbələ” Bakı hazırlığını başa vurdu

Azərbaycan Premyer Liqasının 5-ci turunun “Zirə” ilə oyunundan (1:0) sonra qısa istirahətə buraxılan “Qəbələ” hazırlıq prosesinin Bakı mərhələsini başa vurub.
Futbolinfo.az xəbər verir ki, “Qırmızı-qaralar” üç gün Bakı Olimpiya Stadionunda məşq edib.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda bu gün Qəbələyə yola düşüb. “Qırmızı-qaralar” millilərin oyunları ilə əlaqədar yaranan fasilədəki hazırlığını doğma stadionda davam etdirəcək.
“Qəbələ” sabah yoxlama görüşündə qüvvəsini sınayacaq. Qəbələ şəhər stadionundakı matçda “qırmızı-qaralar” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Oyun saat 17:00-da başlayacaq.
Qarşılaşmadan sonra məşqlərini öz arenasında gerçəkləşdirəcək “Qəbələ” 6-cı turun “Turan Tovuz”la səfər matçına Qəbələdən yollanacaq.
Xatırladaq ki, sentyabrın 17-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Qəbələ” oyunu saat 16:30-da başlayacaq.

- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi
- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-02 21:58
AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
- Premyer-liqa2023-12-03 18:58
“Neftçi” “Zirə”yə qalib gəldi