Premyer-liqa
“Qəbələ” “Səbail”ə evdə uduzdu
Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Qəbələdə baş tutub.
“Qəbələ” doğma meydanda “Səbail”lə üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyunda qonaqlar əzmkar qələbəyə seviniblər.
Turun mərkəzi və qapanış oyununda isə “Neftçi” əzəli rəqibi “Qarabağ”la qarşılaşacaq.
Daha öncə “Sumqayıt” evdə “Kəpəz”ə uduzub (1:3), “Sabah” “Araz-Naxçıvan”a qalib gəlib (2:0), “Zirə” – “Turan Tovuz” matçında isə qalib müəyyənləşməyib – 1:1.
Misli Premyer Liqası
25-ci tur
3 mart
“Qəbələ” – “Səbail” 2:3
Qollar: Ürfan Abbasov, 13. Osama Xalayla, 26 – Yusif Nəbiyev, 58. Rüfət Abdullazadə, 65. Nir Bardea, 90+1.
Qırmızı vərəqə: Lukas Afriko, 41.
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Qəbələ şəhər stadionu, 16:00.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Səbail: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 7. Madi Keta, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.