Dünya futbolu
“Qalatasaray” Diniyevli “Ümraniyəspor”u darmadağınla keçdi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycan millisinin üzvü Coşqun Diniyevin də formasını geyindiyi “Ümraniyəspor” bu gün Türkiyə Kubokunda 5-ci tur oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda səfərdə “Qalatasaray”la üz-üzə gəlib.
Diniyev “Qalatasaray”la matçın start heyətində yer alıb. Qarşılaşmada hesabı qonaqlar açsa da, yekunda 4:1 hesablı əzmkar qələbəyə sevinən “Qalatasaray” 1/8 finala yüksəlib.
Xatırladaq ki, Diniyev mövsümün əvvəlindən “Ümraniyəspor”da çıxış edir.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)