Dünya futbolu
“Qalatasaray”dan ayrıldı, 1-ci liqa klubu ilə müqavilə bağladı
Futbol üzrə Niderland yığmasının sabiq yarımmüdafiəçisi Rayan Babel “Qalatasaray”dan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, 35 yaşlı vinger bundan sonra TFF 1-ci liqada mübarizə aparan “Eyüpspor”un uğurları üçün çalışacaq.
Bu barədə onun yeni klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar. Komanda qarşıdakı mövsümün sonunda Super Liqaya yüksəlsə, Babellə müqavilənin müddəti avtomatik olaraq daha 1 il uzadılacaq.
Babel 2019-cu ildən “Qalatasaray”da forma geyinirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində 42 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Babel Türkiyədə əvvəllər “Kasımpaşa” və “Beşiktaş”ın da uğurları üçün çalışıb. Peşəkar karyerasına yetirməsi olduğu “Ayaks”da başlamış vinger, “Liverpul”, “Hoffenhaym”, “Əl-Əyn”, “Deportivo” və “Fulhem”də də oynayıb. O, Niderland yığmasında 69 oyuna 10 qol vurub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…