Dünya futbolu
Qallaher “Nyukasl”a keçə bilər
“Çelsi” Konor Qallaheri satmağa qərar verib. Yayda zəngin heyətini seyrəltməyə məcbur olacaq londonlular seçimlərindən birini gənc yarımmüdafiəçi üzərində edib.
Futbolinfo.az xəbər verir ki, Mason Mauntla da vidalaşmağı nəzərdə tutan “zadəganlar”, hər iki oyunçuya digər klublarla danışıq aparmağa icazə verib. Onların əsas müştərisi “Liverpul”dur. Lakin Qallaheri istəyən başqa komanda da var. Belə ki, “Nyukasl” Konoru transfer etməkdə daha istəkli görünür.
“Sağsağanlar” ötən həftə Qallaherin nümayəndələri ilə görüşüb. Hələlik hansısa razılaşma yoxdur, tərəflər şəxsi müqavilənin ilkin detallarını müzakirə ediblər. Razılıq əldə olunarsa, “Çelsi”yə rəsmi təklif göndəriləcək.
London klubunun yetirməsi olan 23 yaşlı futbolçunun 2025-ci ilin yayınadək müqaviləsi var. Onun transfer dəyəri 32 milyon avrodur.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var