Ölkə futbolu
“Qarabağ” – “Bayer” oyunu skautların diqqət mərkəzində
“Qarabağ” və “Bayer”in cari mövsümdəki parlaq çıxışı Avropanın bir çox ölkələrində klubların diqqətini çəkib.
Futbolinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Bayer”in həm Bundesliqada, həm də Avropa Liqasında məğlubiyyətsiz yoluna davam etməsi oyunçularının nəhəng klubların gündəminə düşməsinə yol açıb. Eyni zamanda “Qarabağ”ın bəzi futbolçuları da ortabab futbol ölkələrində izlənilir. Bu mənada Türkiyə, Rusiya, Belçika, Fransa, Portuqaliya, Rumıniya kimi ölkələrin adı vurğulanır.
Məlumata görə, Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la “Bayer” arasında keçiriləcək oyunlar xarici skautların diqqət mərkəzində olacaq. Bu məqsədlə bir çox agentin ilk görüş üçün Bakıya gəlişi gözlənilir. Onlar “qaraladıqları” futbolçuları canlı izləməyi planlaşdırırlar. Skautlar həm “Bayer”, həm də “Qarabağ”ın oyunçularını mövsümün sonuna qədər gündəmdə saxlayacaq və müsbət rəy verdiklərini əməkdaşlıq etdikləri klublara təklif edəcəklər.
Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü bir həftə sonra Leverkuzendə keçiriləcək.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı