Bizi izləyin

Ölkə futbolu

“Qarabağ” çempionluğa, “Qəbələ” vidaya tələsir

blank
blank

“Qəbələ” I Liqaya hazırlaşa bilər. Komandanın bundan sonra Premyer Liqada iştirakçı sayının artırılması və onlara da güzəşt edilməsi sayəsində elitada qalması mümkündür. “Kəpəz”lə 11 xallıq fərqin qapadılması nəzəri cəhətdən real olsa da, psixoloji cəhətdən çökmüş “qırmızı-qaralar”ın bunu bacarması möcüzə olar. Bu baxımdan dünən “Səbail”ə məğlubiyyət sarsıdıcı oldu.

Əslində, oyun “Qəbələ” üçün əla başlamışdı. Ardıcıl iki qoldan sonra meydan sahiblərinin qələbəsi qaçılmaz görünürdü. Lakin bir epizod hər şeyin alt-üst olması üçün kifayət etdi. Qapıçı ilə müdafiəçininin anlaşa bilməməsinin ardınca rəqib futbolçuya qarşı kobudluğun qırmızı vərəqə kimi dəyərləndirilməsi dönüş anı oldu.

Bu il əksər xallarını məhz hakimlərin yardımı sayəsində qazanan “Səbail” özünə gəldi, özünü arxalı hiss etdi və xaos içində olan rəqibə ardıcıl zərbələr vurdu. Fasilədən həmən sonra hesabın bərabərləşməsi ilə qonaqlar ümidləndi və son dəqiqələrdə qələbə qolunu da gördük.

“Qəbələ”nin azlıqda qaldığı epizodda qırmızı vərəqə çox ağır qərar idi. Amma hakimlər təkcə bununla kifayətlənmədi. Matçın ümumi idarəçiliyində qonaqlara rəğbət aşkar hiss olunurdu, epizodlara fərqli standartlarla baxıldığı üçün “dənizçilər” cəsarətləndi və qələbəni təmin etdi.

“Qəbələ”nin məhz bu məqamda klub kimi imicini itirdiyi göründü. 2:0 hesabının əldən verilməsi, hakimlərin meydan sahiblərini bu qədər sıxması “Qəbələ” rəhbərliyinin futbolu çoxdan unutmasını göstərdi. Komandanı qoruya bilmirsənsə, hamı üçün onu əzmək çox asan işdi. Onlar hakimlərin aşkar səhvlərinin sıralandığı vaxt “günah özümüzdədir” deyəndə uduzmuşdular.

“Səbail” həm yaxşı oyunu, həm də gördüyü dəstək sayəsində yenidən liderlər qrupuna yüksəldi. 2-ci yeri müvəqqəti dayanacaqdır, lakin əsas rəqiblərin qeyri-sabit çıxış etdiyini nəzərə alsaq, avrokuboklara vəsiqə qazanmaq mümkündür.

“Qəbələ” isə artıq “Kəpəz”dən 11 xal geridədir. Bu fərqi əritmək üçün gəncəlilər dayanmalı, “Qəbələ” qələbələri sıralamalıdır. “Qırmızı-qaralar”ın təkcə gəncəliləri ötmək üçün azı 4 qələbəyə ehtiyacı var ki, indiki halda bu, mümkünsüz görünür. Çünki 25 tura cəmi 4 dəfə qələbə qazanan komandanın 11 tura bunu bacarması real deyil. Kaxaber Sxadadzenin Azərbaycana dönüşü yalnız statistikanı zənginləşdirmək baxımından önəmli olacaq.

Misli Premyer Liqasında 25-ci turun son oyunu “Neftçi”nin darmadağını ilə bitdi. Mərkəzi matça bu həftə “Bayer”ə qarşı çıxacağı start heyəti ilə başlayan ağdamlıların niyyəti özünü sınamaq idi. Bir növ leverkuzenlilərlə qarşılaşmanın məşqi üçün bakılılar sparrinq-rəqib seçilmişdi. Düzdür, “Neftçi” Almaniya klubunu əvəz edəcək səviyyədə rəqib deyildi, amma Elvin Cəfərquliyev, Julio Romao kimi futbolçuların yoxluğunda onların əvəzedicilərini sınamaq vacib idi.

“Neftçi”nin yaşlı və ləng orta sahəsi “Qarabağ”ın təzyiqinə davam gətirə bilmədi. Ağdamlılar 2 qol vurub sakitləşəndən, özünü Bundesliqanın lideri ilə görüşə qorumağa başlayandan sonra fərq azaldı. Meydan sahibləri son dəqiqələrdə xal ümidi ilə irəli atılanda isə qonaqların öldürücü əks-hücumları hesabı darmadağın həddinə çatdırdı.

“Neftçi”nin bütün problemləri mövsümöncəsi atılan yanlış addımların nəticəsidir. Yeni baş məşqçi Miodraq Bojoviç sadəcə, yaya kimi oyunları yola vermək üçün gətirilmiş biridir və indiki işi ilə onunla əməkdaşlığın davam etdirilməsi mümkünsüzdür. Yayda paytaxt klubunda çox şey dəyişməlidir, əks halda çempionluq mübarizəsi yenə rəqabətsiz keçəcək. “Qarabağ”ın sona 11 tur qalmış əsas rəqibindən 23 xal geri qalması utancvericidir. Bu, təkcə ağdamlıların çox güclü olmasının yox, həm də rəqiblərinin miskin gündə olması deməkdir. Yeni avrokubok mövsümündə təmsilçilərimiz ilk mərhələdəcə ələnəndə bu günləri xatırlayacağıq.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-15 08:00

Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı

blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Dünya futbolu2024-04-15 00:37

“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Digər idman növləri2024-04-14 20:22

Boksçumuz Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:03

“İkinci hissədə komandam xarakter göstərdi” – Diniyev

blank
Premyer-liqa2024-04-14 19:44

“Səbail” – “Kəpəz” matçında 6 qol – VİDEO

blank
Premyer-liqa2024-04-14 19:22

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik” – Adil Şükürov

blank
Əvəzedicilər2024-04-14 19:10

“Neftçi”nin əvəzedicilərindən 8 cavabsız qol

blank
Premyer-liqa2024-04-14 18:28

“Səbail” – “Kəpəz” matçında məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-14 16:56

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm