Ölkə futbolu
“Qarabağ” – “Ferentsvaroş” cütündə favorit görmürəm” – Səmədov
Futbol üzrə Rusiya millisinin əslən azərbaycanlı sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcək Azərbaycan və Macarıstan təmsilçilərinin dueli haqqında yerli mətbuata açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, 38 yaşlı mütəxəssis Ağdam klubunun ilk matçı evdə keçirməsinə baxmayaraq favorit olmadığını bildirib:
“Qarabağ” – “Ferentsvaroş” cütündə favorit görmürəm. İlk matçın Azərbaycanda keçirilməsi heç nəyi dəyişmir. Axı onlar cavab görüşünü səfərdə oynayacaq”.
Səmədov “Ferentsvaroş”un rusiyalı baş məşqçisi Stanislav Çerçesovun 2-ci təsnifat mərhələsində Slovakiyada “Slovan” (Bratislava) komandasını məğlub etdikləri matçdan sonra təmkinli olması barədə də danışıb: “O, necə reaksiya verməli idi? Düşünürəm ki, komanda Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazansa, o zaman Çerçesovda emosiyalar yaranacaq”.
“Qarabağ” “Ferentsvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…