Ölkə futbolu
“Qarabağ” koronavirus testindən keçəcək
Azərbaycanı avrokuboklarda təmsil edəcək klublara məşq üçün icazə verildiyini xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, həmin klular yenidən koronavirus testindən keçəcəklər.
2020/21 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın futbolçularından, məşqçilərindən və əməkdaşlarından təkrar analiz götürüləcək. Testlər əvvəlki kimi ödənişli olacaq.
“Qarabağ” Azərbaycanı UEFA Çempionlar Liqasında, “Neftçi”, “Keşlə”, “Sumqayıt” isə Avropa Liqasında təmsil edəcək.
Daha əvvəl Premyer Liqada mübarizə aparan bütün komandalar koronavirus testindən keçirilmiş və heç kimdə virus aşkarlanmamışdı.

- Ölkə futbolu2023-03-23 12:17
Mikels də “Qarabağ”da
- Milli komanda2023-03-25 01:38
Millimiz Avstriyaya böyük hesabla məğlub oldu
- Milli komanda2023-03-24 13:00
De Byazi Avstriya ilə matçda bu 3 futbolçuya ehtiyac duymadı
- Ölkə futbolu2023-03-24 17:00
“Qarabağ” “Zirə” və “Şamaxı”nın oyunçuları ilə gücləndi – “Qalatasaray”la matç üçün