Premyer-liqa
“Qarabağ” “Neftçi”yə çata bilmədi
Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün mükafatları ölkə çempionatlarının rekordçularına nəsib olub. İlk üç yeri tutan komandalar yarışın tarixində ən çox medal qazanan klublardır.
Futbolinfo.az xəbər verir ki, qızıl medala sahib olan “Qarabağ” 8-ci çempionluğunu və 14-cü mükafatını qazanıb. Ağdamlılar qızıl medal sayında “Neftçi”nin rekorduna şərik çıxıbsa, ümumi göstəricidə yalnız əsas rəqibindən geri qalır. Qurban Qurbanovun yetirmələri ardıcıl 7-ci dəfə çempion olub və son 8 mövsümdə “üçlük”də yer alıb.
Ardıcıl 2-ci dəfə gümüşlə kifayətlənən “Neftçi” üç ildir mükafatçılar sırasını tərk etmir. Bakılılar hamıdan çox – 18 medala yiyələnib. Çempionluq sayında isə paytaxt klubu ilk yerə şərikdir. Bu dəfəki gümüş “Neftçi”yə daha bir rekord göstərici bəxş edib. Bakılılar hamıdan çox – 4 gümüşün sahibidir. “Ağ-qaralar” bürünc medal sayında da hamıdan öndədir – 6 dəfə.
“Keşlə” iki illik fasilədən sonra mükafatçılar sırasına qayıdıb. Paytaxt klubu tarixində 9-cu medalına yiyələnib.
Qeyd edək ki, 1992-ci ildən keçirilən, bir dəfə yarımçıq qalan, bir dəfə keçirilməyən ölkə çempionatları tarixində 17 klub mükafatçılar sırasına düşüb.
AZƏRBAYCAN ÇEMPİONATLARI BÜTÜN MÜKAFATÇILAR | |||
mövsüm | çempion | II yer | III yer |
1992 | Neftçi (Bakı) | Xəzər (Sumqayıt) | Turan (Tovuz) |
1993 | Qarabağ (Ağdam) | Xəzər (Sumqayıt) | Turan (Tovuz) |
1993/94 | Turan (Tovuz) | Qarabağ (Ağdam) | Kəpəz (Gəncə) |
1994/95 | Kəpəz (Gəncə) | Turan (Tovuz) | Neftçi (Bakı) |
1995/96 | Neftçi (Bakı) | Xəzri (Buzovna) | Kəpəz (Gəncə) |
1996/97 | Neftçi (Bakı) | Qarabağ (Ağdam) | Xəzri (Buzovna) |
1997/98 | Kəpəz (Gəncə) | Dinamo (Bakı) | Şəmkir |
1998/99 | Kəpəz (Gəncə) | Şəmkir | Neftçi (Bakı) |
1999/2000 | Şəmkir | Kəpəz (Gəncə) | Neftçi (Bakı) |
2000/01 | Şəmkir | Neftçi (Bakı) | Viləş (Masallı) |
2001/02 | Yarımçıq qalıb | ||
2002/03 | Keçirilməyib | ||
2003/04 | Neftçi (Bakı) | Şəmkir | Qarabağ-Azərsun (Ağdam) |
2004/05 | Neftçi (Bakı) | Xəzər-Lənkəran | Karvan (Yevlax) |
2005/06 | Bakı | Karvan (Yevlax) | Neftçi (Bakı) |
2006/07 | Xəzər-Lənkəran | Neftçi (Bakı) | Bakı |
2007/08 | İnter (Bakı) | Olimpik (Bakı) | Neftçi (Bakı) |
2008/09 | Bakı | İnter (Bakı) | Simurq (Zaqatala) |
2009/10 | İnter (Bakı) | Bakı | Qarabağ (Ağdam) |
2010/11 | Neftçi (Bakı) | Xəzər Lənkəran | Qarabağ (Ağdam) |
2011/12 | Neftçi (Bakı) | Xəzər Lənkəran | İnter (Bakı) |
2012/13 | Neftçi (Bakı) | Qarabağ (Ağdam) | İnter (Bakı) |
2013/14 | Qarabağ (Ağdam) | İnter (Bakı) | Qəbələ |
2014/15 | Qarabağ (Ağdam) | İnter (Bakı) | Qəbələ |
2015/16 | Qarabağ (Ağdam) | Zirə (Bakı) | Qəbələ |
2016/17 | Qarabağ (Ağdam) | Qəbələ | İnter (Bakı) |
2017/18 | Qarabağ (Ağdam) | Qəbələ | Neftçi (Bakı) |
2018/19 | Qarabağ (Ağdam) | Neftçi (Bakı) | Səbail (Bakı) |
2019/20 | Qarabağ (Ağdam) | Neftçi (Bakı) | Keşlə (Bakı) |
Premyer Liqanın mükafatçıları klublar üzrə
Klub | I | II | III | Cəmi |
Neftçi (Bakı) | 8 | 4 | 6 | 18 |
Qarabağ (Ağdam) | 8 | 3 | 3 | 14 |
Kəpəz (Gəncə) | 3 | 1 | 2 | 6 |
Keşlə (Bakı) | 2 | 3 | 4 | 9 |
Bakı | 2 | 2 | 2 | 6 |
Şəmkir | 2 | 2 | 0 | 4 |
Turan (Tovuz) | 1 | 1 | 2 | 4 |
Xəzər Lənkəran | 1 | 3 | 0 | 4 |
Qəbələ | 0 | 2 | 3 | 5 |
Xəzər (Sumqayıt) | 0 | 2 | 0 | 2 |
Xəzri (Bakı) | 0 | 1 | 1 | 2 |
Karvan (Yevlax) | 0 | 1 | 1 | 2 |
Şüvəlan (Bakı) | 0 | 1 | 0 | 1 |
Zirə (Bakı) | 0 | 1 | 0 | 1 |
Simurg (Zaqatala) | 0 | 0 | 1 | 1 |
Viləş (Masallı) | 0 | 0 | 1 | 1 |
Səbail (Bakı) | 0 | 0 | 1 | 1 |
Qeyd: “Bakı” əvvəl “Dinamo”, “Keşlə” əvvəl “İnter”, “Şüvəlan” əvvəl “Olimpik” adlanıb. “Qarabağ” bir müddət “Qarabağ-Azərsun” adını daşıyıb.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”