Ölkə futbolu
“Qarabağ” – “Qalatasaray” matçından əldə edilən vəsait açıqlandı
“Qarabağ” Türkiyənin “Qalatasaray” komandası ilə Bakıdakı xeyriyyə matçından əldə olunan vəsaiti açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, görüşün gəlirləri 1 090 455 manat (təqribən 12 336 000 türk lirəsi) təşkil edib.
Məbləğ qardaş ölkədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Vəsaitin bir hissəsi isə (oyunun Türkiyədəki yayım hüququndan gələn və oradan verilmiş reklam gəlirləri) İstanbul təmsilçisi tərəfindən açılmış yardım hesabına köçürüləcək.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçirilmiş “Qarabağ” – “Qalatasaray” matçı qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda