Premyer-liqa
“Qarabağ” – “Sabah” matçının biletləri satışda

Premyer Liqanın 6-cı turunda keçiriləcək “Qarabağ” – “Sabah” oyununun biletləri bu gün saat 11:00-dan “iticket.az”da satışa çıxarılıb.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Sentyabrın 17-də keçiriləcək qarşılaşmaya 19:30-da start veriləcək.
“Qarabağ” bu mövsüm ev oyunlarını “Azərsun Arena”da keçirib. Adıçəkilən stadionda təmir işləri getdiyindən, Azərbaycan çempionu rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi
- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-02 21:58
AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
- Premyer-liqa2023-12-03 18:58
“Neftçi” “Zirə”yə qalib gəldi