Ölkə futbolu
“Qarabağ”da ciddi itkilər
Milli komandaların düşərgəsinə yollanan futbolçulardan bir neçəsi yenə “Qarabağ”ın düşərgəsiə zədəli qayıdıb. Azərbaycan yığmasına çağırılan Abbas Hüseynov məşqdə aldığı zədə üzündən bu gün “Zirə” ilə matçı buraxıb.
Futbolinfo.az xəbər verir ki, Abbasla yanaşı, iki legioner də bir müddət meydana çıxmayacaq. Növbəti turda “Neftçi”yə qarşı matçı da buraxacağı dəqiq olan digər futbolçular Markolar – Veşoviç və Yankoviçdi.
Monteneqro millisinin düşərgəsindən zədəli qayıdan cütlükdən Veşoviçin vəziyyəti daha pisdi. O, azı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. Yankoviç məşqlərə başlasa da, növbəti tura hazır olması çətin görünür.